“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı layihəsini Siyəzən rayonunda davam etdirib.
Siyəzən rayon Heydər Əliyev mərkəzində keçirilən tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva açaraq, iştirakçıları salamlayıb və daha sonra şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edilib.
Hacıyeva sonra 1995- ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hansı ağır şəraitdə qəbul edilməsindən, onun mahiyyətindən geniş danışıb.
Təşkilatın icraçı direktoru Tələt Qəribov çıxışında qeyd edib ki, gənc nəsil Heydər Əliyevin dövlətimiz, millətimiz üçün gördüyü əvəzolunmaz xidmətlərini bilməlidir.
Siyəzən rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramilə Seyidova Konstitusiyamızın bütün maddələrinin dövlətimizin və xalqımızın rifahı üçün bir mayak yolu olduğunu deyib.
Gənclər və idman sektorunun Siyəzən rayon üzrə müdiri Vüsal Alışov, Siyəzəndəki Mərkəzləşmiş kitabxananın drektoru Gülnar Müsayeva bu sahədə gənclər arasında aparılan tədbirlərdən danışıb.
Tədbir çay süfrəsi ətrafında aparılan müzakirələrdən sonra başa çatıb.
Hurriyyet.az
Bölməyə aid digər xəbərlər
















