Qazaxda partiya veteranları ilə görüş keçirilib

     “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatınnın sədri Anar Nəbiyev və rayon təşkilatı aparatının əməkdaşları partiya veteranları ilə onların yaşadıqları ünvanda görüşlər keçirib.

     Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev və partiya veteranları Yeni Azərbaycan Partiyasının təsis olunması, 33 ildə ərzində keçdiyi şərəfli yol, həmçinin bu rayon təşkilatının yaranması və təşkilatlanması barədə fikir mübadiləsi aparıblar. Onlar Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, böyük xilaskarlıq missiyası, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti haqqında ətraflı danışıblar. 

     Sonda partiya veteranları YAP Qazax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.



Tarix: 27-11-2025, 09:33 Oxunub: 475


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930