16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
ŞƏHİDLƏRİMİZ QÜRUR MƏNBƏYİMİZDİR!!!

Bu gün Abşeron rayonu, Ceyranbatan səsəbəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması məqsədilə 12-14 sentyabr 2022-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilən “QİSAS ƏMƏLİYYATI” zamanı ŞƏHİDLİK zirvəsinə yüksələn Qarazadə Nicat Malik oğlunun  anım mərasimi  keçirildi.

 

    Qarazadə Nicat Malik oğlu 24 oktyabr 2002-ci ildə Yardımlı anadan olub. Bir müddətdən sonra valideynləri Bakı şəhərinə köçüblər. Nicat Ceyranbatan qəsəbəsindəki 2 nömrəli orta məktəbdə oxuyub. 2020-ci ildə, 18 yaşı tamam olanda ordu sıralarına çağırılıb. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirən əsgər Nicat Qarazadə ordu sıralarından tərxis olunub. Amma hərbi həyata ürəkdən bağlı olan Nicat bir neçə aydan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordumuzun sıralarına qayıdıb.
Nicat Qarazadə 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarının işğalından azad olunmuş ərazilərimizdə  yerləşən hərbi hissələrin birində xidmət edirdi. Hərbçi kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Qısa müddət ərzində bacarığı və cəsarəti ilə həm komandirlərinin, həm də əsgər yoldaşlarının rəğbətini qazanmışdı.
Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından sarsıdıcı zərbələr alan ermənilər geri çəkilməyə məcbur olmuşdular. Düşmən məğlub olsa da, sakit dayanmır, tez-tez təxribatlar törədirdi.
Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə 12-14 sentyabr 2022-ci ildə Azərbaycan Ordusu qətiyyətli cavab tədbirləri həyata keçirdi. Vətəninə, yurduna ürəkdən bağlı olan Nicat Qarazadə də bu əməliyyatda iştirak edirdi. Təəssüf ki, döyüşün qızgın çağında - cəsur əsgər Nicat Qarazadə yaralandı. Həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilmədilər. Nicat Qarazadə İkinci Şəhidlər xiyabanında torpağa tapşırildı.
Nicat müdafiəsinə qalxdığı Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhid oldu. Qarazadə Nicat Malik oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə və "Vətən uğrunda" medalına layiq görülüb.

Anım tədbirində Şəhidimizin döyüş yoldaşları, Şəhid ailələrinin üzvləri, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova  və digər qurumların nümayəndələri də iştirak etdilər.

Nicatın şəhid olduğu gündən 3 il keçir...

Şəhidimizə Alllahdan rəhmət diləyirik, məkanı cənnət olsun!!!


 

Aydın Adıgözəlli,

ATİA.AZ saytının baş redaktoru


Tarix: 13-09-2025, 18:45 Oxunub: 438


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031