
40 illik şərəfli həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim Nasir Əhmədov SERTİFİKASİYA İMTAHANINDAN tələb olunandan dörd bal aşağı toplayıb. Bu nəticəyə görə onun uzunmüddətli həkimlik fəaliyyətinə xitam vermək istəyirlər. Gəlin Nasir Əhmədovun həyat yoluna nəzər salaq:
Əhmədov Nasir Qurban oğlu 1962-ci ildə anadan olub, 1969-1979-cu illərdə orta məktəb təhsili aldıqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkimlik sənətinə yiyələnmişdir. Elə həmin ildən də Abşeron Mərkəzi Xəstəxanasında Aşağı Güzdək, Yenikənd, Pirəkəşkül həkim məntəqələrinə rəhbərlik etmişdir. 1994-cü ilin may ayında ULU ÖNDƏR HEYDƏR ƏLİYEV həmin ərazilərə səfər edərkən Nasir həkimin fəaliyyətini yüksək qiymətləndirərək ona saat hədiyyə etmişdir. Nasir həkim uzun müddət (1986-cı ildə bəri) qüsursuz, sənətini sevə-sevə fəaliyyət göstərdiyinə görə dəfələrlə rəhbərlik və Abşeron RİH tərəfindən “Fəxri Fərman”larla təltif olunmuşdur.
20 YANVAR hadisələri zamanı yaralılara könüllü tibbi yardım göstərərkən alın nahiyəsindən güllə yarası alan Nasir Əhmədov həmişə qürurla qeyd edir: - “ Mən “Əməkdar Həkim” , “Prezident Təqaüdçüsü” olmasam da, özümü “ ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm və bununla da fəxr edirəm”.
Pandemiya dövründə 600 nəfər korona virusa yoluxmuş xəstəni ambulator şəraitdə müalicə edib həyata qaytaran Nasir Əhmədov bu gün də ULU ÖNDƏRİN adət-ənənələrinə sadiq qalaraq öz işini məsuliyyətlə və vicdanla yerinə yetirir.
40 illik şərəfli həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim təqaüdə çıxmağına 2 il qalmağını və qüsursuz xidmətlərini əsas tutaraq SERTİFİKASİYA İMTAHANINDAN azad olub qalan 2 ilini də Ulu Öndərin ideyalarına sadiq olaraq ləyaqətlə işləmək istədiyi haqqında Birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova və səhiyyə naziri Teymur Musayevə müraciət ünvanlamışdır. Lakin bu müraciətlərə cavab verilməmişdir.
Nasir Əhmədov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanovun qəbuluna getmək istəyir. İnanırıq ki, TƏBİB rəhbəri Vüqar Qurbanov 40 illik şərəfli həkimlik fəaliyyətinə sahib olan 63 yaşlı həkim Nasir Əhmədovun SERTİFİKASİYA İMTAHANINDAN aşağı bal yığma səbəbinin həm də 20 YANVAR hadisələri zamanı yaralılara könüllü tibbi yardım göstərərkən alın nahiyəsindən aldığı güllə yarası alması ilə əlaqədar olmasını və uzunmüddətli qüsursuz həkimlik və idarəetmə fəaliyyətini nəzərə alaraq, qəbul edəcək, öz düzgün qərarı ilə ULU ÖNDƏRİN fəaliyyətini yüksək qiymətləndirdiyi Nasir Əhmədova lazımi köməkliyi göstərəcəkdir.
Əsas: Nasir Əhmədovun müraciəti
Bölməyə aid digər xəbərlər
















