11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
18:06 / 06-07-2026
Qazaxın Çaylı kəndində ədəbi bayram: Şair Rafayıl Qurbanoğlunun ikinci kitabı işıq üzü gördü
11:38 / 01-07-2026
Azərbaycan Mədəniyyət Səfirləri" Assosiasiyası təsis olunub
10:12 / 25-06-2026
Anar Nəbiyev: "Biz elə bir güclü ordu yaratmışıq ki…"
14:34 / 24-06-2026
Anar Nəbiyev: "Əməkdaşlıqda yeni səhifə açıldı"
12:05 / 24-06-2026
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
11:59 / 24-06-2026
Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsi
08:39 / 24-06-2026
Paşa Hadıyev: "Müdrik xalqımızın qürur mənbəyi"
22:13 / 21-06-2026
ELÇİN MANSUROVUN da müəllifi olduğu QIDALANMA VƏ ONKOLOGİYAYA DAİR KİTAB həm də elmi mənbədir
20:29 / 21-06-2026
Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib
09:01 / 21-06-2026
Habil Cavadovun sənət bağçasından bir neçə yarpaq...
17:47 / 20-06-2026
"Sağlamlıq yalnız xəstəliyin müalicəsi ilə deyil, həm də qorunması və dəstəklənməsi ilə mümkün olur" - həkim Həsən Məmmədov
09:04 / 19-06-2026
Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib
00:44 / 14-06-2026
Təcrübəli mütəxəssislər kursantlarla bilik və təcrübələrini bölüşüblər
13:31 / 12-06-2026
Mehman Ballayev: Qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı əks etdirən tarixi sənəd
11:49 / 12-06-2026
Anar Nəbiyev: "Müttəfiqlik münasibətləri bütün sahələri əhatə edir"
19:08 / 11-06-2026
Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
10:56 / 11-06-2026
Anar Nəbiyev: "Qurtuluş tarixi"
13:47 / 10-06-2026
Nicat Göşşüyev: Şanlı dövlətçilik tarixində dönüş nöqtəsi
09:44 / 05-06-2026
Rəna Bayramova: Azərbaycan yaşıl enerji keçidinin ön sıralarındadır
16:37 / 04-06-2026
Sabirabadda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib
11:12 / 03-06-2026
Anar Nəbiyev: "Təbii sərvətlərdən düzgün istifadə üstünlüklərə yol açır"
21:20 / 01-06-2026
Meydandakı qadın faktoru - S T E F A N İ: - yenə sevgidən nifrətə....
15:58 / 01-06-2026
Bəhruz Niftəliyev - "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək"
14:37 / 01-06-2026
Paşa Hadıyev: "Aqrar sahədə böyük addımlar atılıb"
10:22 / 01-06-2026
Anar Nəbiyev: "Bizim dünya miqyasında çox müsbət imicimiz var"
12:14 / 26-05-2026
Asəf Salmanov: "Demokratik dövlət nümunəsi"
Ədalət Partiyası Ali Məclisinin sabiq sədrinə AÇIQ MƏKTUB
AÇIQ MƏKTUB
Hörmətli Meydan bəy,
Sizin “hurriyet.az” saytındakı “Bəyanatı”nızı oxudum. Bu “Bəyanat” ilk cümləsindən sonuncu cümləsinədək yanlış, hüquqi əsası olmayan bir yazıdır.
Artıq partiya üzvlərinin əksəriyyyəti sizin məkrli planlarınızı, partiya daxilində pozuculuq işi apardığınızı, heç bir əsası olmadan Ali Məclisin çağırılmasına mane olmaq istəyinizi başa düşüb və illərlə gizlətdiyiniz əsl simanız ortaya çıxmışdır. İndi isə belə “bəyanat”larla ictimai fikri aldatmağa çalışırsınız. Artıq insanlar hər kəsi çox yaxşı tanıyırlar. “Veto” məsələsinə gəlincə isə ya siz Ali Məclisin bəyanatını başa düşməmisiniz, ya da ki, bilərəkdən özünüzü belə aparırsınız. Mən bir daha sizə bəyan edirəm ki, Ali Məclis sizi və müavinlərinizi tutduğunuz vəzifələrdən azad edib, bütün səlahiyyətləri Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə vermişdir. Siz və müavinləriniz Ali Məclis tərəfindən seçilmişdiniz, Ali Məclis də sizi azad etdi. Siz Ali Məclisin sədri olduğunuz üçün Nizamnaməyə görə sədrin səlahiyyətlərini icra etdiniz.
19 apreldə keçirilmiş Ali Məclisin qərarı ilə artıq sədr deyilsiniz və elan etdiyiniz “veto”nun heç bir hüquqi əsası yoxdur. Həm də 19 apreldə Ali Məclisin keçirilməsinə mane olmaq üçün partiya ofisinin kilidini dəyişdirib Məclis üzvlərini, partiya fəalları və ağsaqqallarını qapıda saxlamaqla, Ali Məclisi belə bir qərar qəbul etməyə məcbur etdiniz.
Yazdığınız əndrabadi bəyanatın mətninə gəldikdə isə, bəyanatda çoxlu yanlışlıqlarla yol vermisiz və əhəmiyyətsiz ifadələr işlətmisiniz.
Birincisi, acınacaqlısı odur ki, uzun illər rəhbəri olduğunuz orqanın adını belə düz ifadə etməyib, “Böyük Məclis” yazırsınız. Mövcud Nizamnaməyə görə bu partiya orqanının adı Ali Məclisdir, hörmətli Meydan bəy.
İkincisi, elə həmin cümlədə yazırsınız ki, “Ədalət partiyasının bir qrup üzvü Böyük Məclis iclasını keçirmişdir”. Meydan bəy, “bir qrup üzv” yox, Ali Məclis üzvləri keçirib iclası. Ali Məclisin 65 üzvündən 56 nəfəri, yəni 86%-i yığıncaqda iştirak edib. Nizamnaməyə görə qurultaylararası dövrdə kollegial idarəetmə orqanı Ali Məclisin yığıncaqları üç ayda bir dəfədən az olmayaraq çağırılır. Mən də daxil olmaqla Ali Məclis üzvləri, rayon təşkilatlarının sədrləri Ali Məclisin çağırılması barədə dəfələrlə sizə təkliflər verdik. Siz isə öz vəzifə səlahiyyətlərinizi icra edib, Ali Məclisi çağırmaq əvəzinə, verilən təklifləri müxtəlif bəhanələrlə rədd etdiniz. Həftədə bir təklif irəli sürərək Partiya rəhbərliyi və rayon təşkilatları arasında nifaq toxumu səpməyə çalışdınız. Eyni zamanda, “partiyanı yenidən qurmaq”, “sıralarımızı genişləndirmək” bəhanələri ilə paralel rayon təşkilatları yaratmaq üçün müxtəlif şirnikləndirici vədlərlə Siyasi Şura üzvləri Vüsalə Dadaşova və Mehman Əliyevi mükəlləf etdiniz.
Müavininiz Elçin Qurbanova isə yeni Nizamnamə və Məramnamə hazırlamaq haqqında göstəriş verdiniz. Heç bir zərurət olmadığı halda ardıcıl olaraq bir-birini təkzib edən “həmsədrlik”, “vahid namizəd”, “kollegial idarəetmə” təkliflərini irəli sürdünüz. Sizin bu əndrabadi təkliflərinizi qəbul etməyən partiya üzvlərini pozucu “araqarışdıran” adlandırıb, düşmən bildiniz. Xüsusən Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimli haqqında qara piar əməliyyatını genişləndirdiniz.
Özünüz və müavinləriniz Nizamnaməni kobud şəkildə pozaraq, partiya daxilində ikitirəlik və süni qarşıdurma yaradaraq, M.Rəhimlini fəaliyyətsizlikdə, pozuculuqda ittiham etdiniz. Guya partiyaya yeni üzvlərin qəbul olunmasına mane olduğunu bəyan etdiniz. İndi də Ali Məclisin toplanmasına texniki və təşkilatı dəstək verdiyi üçün M.Rəhimlini ittiham edib, hədələyirsiniz. Mütəllim bəy sağ olsun ki, sizin kimi qaçıb gizlənmədi və Ali Məclis üzvlərinə hörmətsiz yanaşmadı, əksinə, onlara dəstək oldu. Ali Məclisin iclası yüksək səviyyədə keçdi və yekdil qərarlar qəbul olundu.
Artıq, Təşkilat Komitəsi fəaliyyətə başlamışdır. Həmin gündən sizin və müavinlərinizin heç bir fsəlahiyyəti yoxdur.
Hörmətli Meydan bəy,
Siz və dəstəkçiləriniz yaxşı olar ki, baş verənlərdən nəticə çıxarıb, Partiyanın Nizamnaməsinə və Ali Məclisin qərarlarına hörmətlə yanaşıb, qəbul edilmiş qərarlara əməl edəsiniz. Digər partiya üzvləri kimi qeydiyyatda olduğunuz ilk təşkilatdan Qurultaya nümayəndə seçilin ki, orada öz təkliflərinizlə iştirak edəsiniz.
Hörmətlə,
Ali Məclis və Təşkilat Komitəsinin üzvü
Rahim Nuriyev
Bölməyə aid digər xəbərlər

Tarix: 25-04-2025, 20:33 Oxunub: 623
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
8-03-2021, 22:50
8 Mart həm də Əli Həsənov üçün xüsusi gündür - Saxta tərcümeyi-hal
25-04-2025, 08:40
"Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir" - BƏYANAT
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
28-05-2024, 14:00
Azərbaycanda Müstəqillik Günüdür
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
22-04-2025, 16:48
Ədalət Partiyasında nələr baş verir?
28-05-2021, 05:35
Azərbaycanda Respublika Günü qeyd OLUNUR
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ