Seymur Orucov şəhid anasını müalicə olunduğu tibb ocağında ziyarət edib - FOTOLAR

      Ağstafa RİH başçısı Seymur Orucov rayonun Düzqışlaq kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidimiz Taleh Zülfəli oğlu Namazovun anası Afət Namazovanın öd yollarından əməliyyat olunduğu və hazırda müalicəsinin uğurla davam etdiyi Qazax rayon Mərkəzi Xəstəxanasında xəstəxananın direktoru Afiq Fərruxovla birlikdə ziyarət edib, sağlamlıq durumu və qayğıları ilə maraqlanıb.

    Şəhid anası xəstəxanadakı mövcud şərait və tibbi personalın peşəkarlığından mənmunluğunu ifadə edərək ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarılığını bildirib.



Tarix: 21-02-2025, 19:36 Oxunub: 397


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31