"Xan Saray" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açiq Səma Altında Muzey Kompleksində Azərbaycan Respublikası Prezidenti cənab lham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya va Suverenlik ili" elan edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının Konstitusiyası suverenliyimizin qarantıdır" başlıqlı elmi -nəzəri konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Hacıyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrin 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin , suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızin layiq|li həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığının təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi Yunis Xəlilov çıxIş edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan edilməsi Konstitutsiyamizin qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizinin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının aparıcı məsləhətçi - hüquqşünası Ülvi Vəlilyev bu qərarin müstəqil Azərbaycanın gücünü və inkişafinı nümayiş etdirməklə yanașı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsi olduğunu qeyd edib, konstitusiyada yer alan mədəniyyət haqqında qanunları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Yunis Xəlilov,
Hüquqşünas
Bölməyə aid digər xəbərlər