21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Seçki günü hava necə olacaq?

Sentyabrın 1-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Qeyd edək ki, sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. 


Tarix: 31-08-2024, 12:49 Oxunub: 140


Bölməyə aid digər xəbərlər
10-04-2024, 13:57 Sabah hava isti olacaq
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
22-07-2020, 19:41 Sabah yağış yağacaq