21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Sabah 38° isti olacaq

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.


Tarix: 26-08-2024, 13:06 Oxunub: 105


Bölməyə aid digər xəbərlər
13-08-2024, 12:53 Sabah 35 dərəcə isti olacaq
10-04-2024, 13:57 Sabah hava isti olacaq
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
22-07-2020, 19:41 Sabah yağış yağacaq