Bu ərazilərdə qaz kəsiləcək

Görüləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın bir çox ərazilərinin 07.06.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
 
Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonunun (Nəsimi, Sabir, Xəqani, Vaqif Mirzəyev küçələri, Binə qəsəbəsinin Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, 23 qeyri-yaşayış sahəsi), Binəqədi rayonunun (Biləcəri qəsəbəsi, Mərəzə məhəlləsi, Natavan, Nəsimi, Ə.Qasımov, Y.Huseynov və R.İsmayılov küçələri), Nəsimi rayonunun (A.Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, R.Məmmədov, Moskva prospekti ərazilərində küçələrində), Yasamal rayonunun (“Main” MTK-da), Qaradağ rayonunun (Korgöz, Şonqar, AZNS, Qızıldaş qəsəbələri) Sabunçu rayonunun (H.Cavid, Axundzadə, Ə.Cəfərov, Araslı, Sülh, A.Pəri, H.Balakişiyev, N.İsmayılov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Tarix: 7-06-2024, 09:51 Oxunub: 566


Bölməyə aid digər xəbərlər
26-05-2024, 20:47 İki rayonda qaz olmayacaq


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031