Bərdədə sakinlərin zibil poliqonuna çevirdikləri ərazi təmizlənəcək

Bərdə rayonunun Kələntərli qəsəbəsində ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı tədbirlər görüləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Bildirilib ki, tullantıların idarə olunmasına  cavabdeh qurum tərəfindən əməkdaşlarımızın nəzarəti altında ərazidəki tullantıların təmizlənməsi təmin olunacaq:
“Təəssüf ki, tullantıların ətrafa atılması, qalaqlanması ilə bağlı davamlı olaraq danışılır, yazılır, örnək üçün maarifləndirici təmizlik aksiyaları keçirilir. Amma yenə də tullantıların hara gəldi atılmasına rast gəlinir, xoşagəlməz mənzərələr müşahidə olunur. Dəfələrlə şahidi oluruq ki, tullantılardan təmizlənən ərazi bir müddətdən sonra yenə də tullantılarla çirkəndirilir.

Tullantıları atanlar da əsasən ətrafda yaşayanlar olur. Əfsuslar ki, əksər hallarda “mən atmıram” deyə,  cavablar eşidilir. Düzdür, tullantıların idarə edilməsinə cavabdeh olan qurumların səhlənkar münasibəti də var. Bu hallar da nəticədə belə xoşagəlməz mənzərəyə gətirib çıxarır”.


Tarix: 25-04-2024, 18:39 Oxunub: 1 188


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930