İcra başçısının toy xəbəri sabiq deputatı xəstəxanalıq etdi

     İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin səhhəti pisləşib.
Belə ki, onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.
Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 
Seymur Orucovun eks-həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.
Toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.
Bu xəbərdən sonra sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir. 
Qeyd edək ki, S.Orucovun birinci evlilikdən dörd övladı var.

Yenisabah.az


Tarix: 28-02-2024, 15:43 Oxunub: 236


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031