Lənkəranda 22 nəfər narkotikə görə saxlanıldı

Son 10 gündə Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional  qrupundan  verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında, keçirilən əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

manşet.az


Tarix: 26-10-2022, 09:28 Oxunub: 318


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930