Vətən müharibəsində tarixi qələbədən söhbət düşəndə ilk növbədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci ilin oktyabr-noyabr aylarında televiziya vasitəsilə qələbə xəbərlərini xalqa çatdırması və bu qələbələr münasibətilə xalqımızı təbrik etməsi yada düşür.Həmin çıxışlar zamanı səslənən dəyərli fikirlər, əldə olunan uğurlar hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxıb.İki il bunadn əvvəl - 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə başlayanda ilk azad olunan ərazi Cəbrayıl rayonu oldu.Bununla da Qüdrətli Ordumuz dünya hərb tarixinə yeni bir səhifə yazdı və doğma Qarabağımız mənfur ermənilərdən azad edildi.
Artıq müdrik Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsində Qələbənin ikinci ildönümünü yaşayır. Qədim Odlar Diyarının zəngin tarixində bir çox şərəfli anlar olub, hadisələr baş verib, qələbələr qazanılıb. Ancaq ikinci Qarabağ müharibəsində əldə olunan Zəfər heç nə ilə müqayisə oluna bilməz. Odur ki, Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Oktyabr ayının 4-ü tarixi Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin ikinci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi.
2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı və 27 ildən sonra Cəbrayıl rayonu bütövlükdə azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin təcəssümü, necə deyərlər, gücünün, qüdrətinin bariz nümunəsidir.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev cənabları və hörmətli Birinci Vitse – Prezidentimiz Mehriban xanım Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonunda oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Cəbrayılın azad edilməsi bütün Azərbaycanda böyük sevinclə qarşılandı, xalqımızda olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı.Müharibə başlayandan cəmi bir həftə sonra Cəbrayılın azad edilməsi Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması ilə nəticələndi, düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yaratdı. Bununla da ermənilərin “Məğlubedilməz ordu” mifi dağıdıldı, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası artıqlaması ilə alındı və 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək tarixi Zəfər çaldı. 10 noyabr Bəyanatının imzalanmasına qədər Rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etdi.
Mənfur ermənilərin siyasi və hərbi təxribatlarına baxmayaraq, hazıırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir, həyat öz axarına düşür. Artıq Böyük Qayıdışa start verilib və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan zaman - zaman öz hədəflərinə, öz istəklərinə çatır.
Azər Namazov
YAP Qazax rayon təşkilatı Ağköynək kənd
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər