11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yevlax rayon İcra və Probasiya şöbəsinin Ədliyyə müşaviri Rəşad Əliyev: “Bizə Şanlı Qələbənin sevincini yaşatdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk!”

Həyatımızda   elə anlar var ki, yalnız onları  yaşayanda   həmin anlara nə qədər  dərin,  böyük bir ehtiyac  olduğunu  hiss edirik.   Uzun illər  ərzində  məhz  həmin anları  həsrətlə,  iztirabla  gözlədiyimizin   fərqində oluruq.
         Bu bir həqiqətdir ki,  Azərbaycan   Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş  Komandanı cənab  İlham Əliyevin rəhbərliyi  altında   qüdrətli  Ordumuz  işğal   altındakı  bütün  torpaqlarımızı  azad edərək   Vətənimizin  ərazi  bütövlüyünü   təmin etdi və şanlı   bayrağımızı  Şuşada  dalğalanırdı! 
Müzəffər  Ordumuzun   sentyabrın 27-dən  başlayan və tam  44 gün davam  edən  hərbi  əməliyyatları nəticəsində, terrorçu  Ermənistanın   30 il  ərzində  qurduğu   Silahlı Qüvvələri  darmadağan edildi. 
        Biz Vətənimiz  uğrunda,  torpaqlarımızı  işğaldan   azad etmək  üçün  vuruşduq! Torpaqlarımız  bir-birinin ardınca  işğaldan   azad olundu. Bu tarixi uğurla  Ermənistan ordusuna  sarsıdıcı  zərbə vuruldu.  Ermənistan ordusu məğlub oldu. Qələbəyə aparan  uzun yol  44 gün   davam edən  İkinci Qarabağ  müharibəsi ilə  başa çatdı.
Şanlı Qələbə bizi  nəhayət ki,  30 ilədək   intizarını  çəkdiyimiz,  ürəyimizin  başında qanı kəsilməyən  yaraya çevrilmiş  o, əfsanəvi anlara  qovuşdurdu.
Qələbə ruhu  ilə   zəfəri bayram edən,  bir-birinə  gözaydınlığı verən  küçələrini, evlərini, iş yerlərini,  avtomobillərini üçrəngli  bayraqlarımızla  bəzəyən   insanların  sevinci,  qüruru,- bütün ölkədəki bayram ovqatı mühüm bir  tarixi  hadisənin   canlı şahidləri olduğumuz  bu günlər  möhtəşəm   tarixi  dövr olduğu  üçün bizi   xoşbəxt edir. 
        Bu xoşbəxtliyi  isə  bizə cənab   Prezident  bəxş etdi.  Müdrikliyi,   uzaqgörənliyi, qətiyyəti sayəsində   Azərbaycan xalqı  qalib xalq  kimi dünya   birliyində tanındı. 
Nə xoş bizə...27 sentyabr  tarixi  Rəşadətli   Ordumuz  tərəfindən  Azərbaycan   hərb tarixinin  qızıl səhifələri  ilə  daxil oldu.  Gələcək  nəsillər   həmin səhifələri vərəqləyərkən   böyük qürur hissi keçirəcək, Vətən   uğrunda  tökülən  qanların   hədər getmədiyinin  şahidi olacaqlar. 
Bu gün fəxrlə qeyd edirik ki, Vətən qarşısında   şərəflə,  həvəslə,  sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə  tərəddüd etmədən  doğma   Azərbaycan  uğrunda  ölümə   atılmağa  hazırdılar. 
       Bu gün   hər birimiz   arzularımızı həyata keçirən, tarixi   qələbəni  qazanan və sevincini bizlərə  yaşadan Ölkəmizin  Rəşadətli  Ordusu ilə   qürur duyuruq.  Bu qələbənin  qazanılmasında  şanlı və   qəhrəman  Azərbaycan əsgər və zabitlərinin  əvəzsiz rolu danılmazdır.  Ona görə də  bütün   Azərbaycan xalqı  Vətənin  xilaskarı   olan  bu insanları həmişə  minnətdarlıq   hissi ilə  xatırlayacaqdır.
        Bu gün  biz qürurla, başı dik, alnı açıq gəzirik.  Bütün   Şəhidlərimizi  dərin hüzurla anırıq. Bizə qələbənin, zəfərin sevincini yaşatdığı, xalqımıza birlik  bəxş  etdiyi üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk!

Rəşad Əliyev
Yevlax  rayon İcra və Probasiya şöbəsinin Rəisi, Ədliyyə müşaviri


Tarix: 26-09-2022, 13:57 Oxunub: 113


Bölməyə aid digər xəbərlər