3 erməni silahlısı Zəngilandakı postumuza HÜCUM ETDİ

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.
Üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.
Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.
İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.
Caliber


Tarix: 22-09-2022, 09:23 Oxunub: 229


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31