Daha bir icra nümayəndəsi tutduğu vəzifədən azad edilib... - Qazaxda

Belə ki, Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
  Qazax Rayon icra Hakimiyyəti başçısının  Daş Salahlı  kand inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Hüseyinli Tahir Namiq oğlu isə sözügedən hadisə ilə əlaqədar vaxtında aidiyyəti üzrə məlumat vermədiyi üçün tutduğu vəzifədən azad edilib..
 Xatırladaq ki, bundan əvvəl rayonun Qarapapaq və Kosalar kəndlərində də oxşar hadisə baş vermişdi.


Tarix: 20-06-2022, 15:12 Oxunub: 1 271


Bölməyə aid digər xəbərlər
16-12-2020, 21:55 QƏHRƏMANLAR UNUDULMUR.....


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31