SON DƏQİQƏ: Kəlbəcərdə hərbçimiz yaralandı - Düşmən TƏXRİBATI



Kəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.

Hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.
Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.
O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kəlbəcərdəki hadisə ilə bağlı cinayət işi açılıb:
"Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb".


Qafqazinfo


Tarix: 20-04-2022, 10:26 Oxunub: 288


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930