11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qurban bayramını 32 il sonra Şuşada qeyd etdilər

Müqəddəs Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi işğaldan azad edilmiş Şuşa şəhərində də qeyd edilib.

AZƏRTAC-a istinadən xəbər verilir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə qurban kəsilib.
 
AQTA Qarabağ regional bölməsi tərəfindən qurbanlıq heyvanların kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib. Şuşa şəhər yeni yaşayış kompleksində quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi baytarlıq nəzarəti altında həyata keçirilib. Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.
 
AQTA Qarabağ regional bölməsinin rəisi Nicat Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.
 
Kəsilən qurbanlar yeni köçən ailələrə ailə paylanıb. 32 ildən sonra ilk dəfə doğma yurdlarında Qurban bayramını qeyd edən Şuşa sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Şuşa şəhər sakini Füruzə Quliyeva bayram sevincini bölüşərək deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Prezidentimizin qətiyyəti, Ordumuzun gücü sayəsində bu gün doğma Şuşamızdayıq. Çox xoşbəxt insanlarıq ki, bu gün burada Qurban bayramını qeyd edirik. Bu günləri böyük həsrətlə gözləyirdik. Azərbaycan xalqının bayramını təbrik edirəm".


Tarix: 16-06-2024, 19:01 Oxunub: 888


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı