1330 manat MAAŞ - DİM işçi AXTARIR - ŞƏRTLƏR


Dövlət İmtahan Mərkəzində Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
DİM-dən  verilən məlumata görə, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:



Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti
Struktur vahid: Test bankı sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Aylıq vəzifə maaşı: 1330 manat
 
Qulluq funksiyaları:
– Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.
Vəzifənin tutulma şərtləri:
– Təhsilə dair tələb: Ali təhsil
– İş stajına dair tələb: Tələb müəyyən edilmir.
Kompüter biliklərinə dair tələblər:
– C#, Java və ya Python dillərindən birini bilməli;
– MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.
Xüsusi tələblər:
– Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;
– Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.



Tarix: 16-12-2021, 10:43 Oxunub: 513


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı