Ərdoğandan Cəbrayılda sərt bəyanat: "Bunları küncə sıxışdırmaq lazımdır!"

    Azərbaycanın Cəbrayıl rayonunda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Ərdoğan ermənilərin bu bölgədə törətdikləri dəhşətli dağıntıların əvəzinin ödənilməsini vacib sayıb.
    Ərdoğan bu barədə dağıdılıb yerlə-yeksan olunmuş Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən danışıb.
     O, ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etməməsini qınayıb:
“İşğal dövründə görün Cəbrayılı nə hala salıblar… Qardaşımdan soruşdum ki, ATƏT-filan gəlib buraları görmədilərmi? Xeyr, gəlmədilər. Niyə gəlmirlər? Çünki öz rüsvayçılıqlarını görəcəklər.
   Onlar nələr edildiyini bilirlər, amma bunları görəndən sonra Haaqa Məhkəməsinə çıxarmaqla təzminat tələb etmək gərəkir. Bunları küncə sıxışdırmaq lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, biz onu birlikdə tanıtmalıyıq”.


Tarix: 20-10-2022, 18:42 Oxunub: 254


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930