16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Elçin Sadıqovla Əvəz Zeynallı DTX-nin təcridxanasına aparıldı



Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasına aparılıb.
Bu  barədə  Elçin  Sadıqovun  vəkili  Bəxtiyar  Hacıyev məlumat verib.
Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsa da, məhkəmədən sonra birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.
Qeyd edək ki, sentyabrın 11-i saat 4 radələrində hər iki şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.
Qafqazinfo


Tarix: 12-09-2022, 09:45 Oxunub: 257


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031