Ukrayna ordusu Luqanskda “Vaqner” dəstəsini MƏHV ETDİ

  "Ukrayna silahlı qüvvələri Luqanskda “Vaqner” dəstəsini məhv edib" -  bu barədə jurnalist Yuri Butusov məlumat verib.
 “Vaqner”-in “Bars-7” hücum dəstəsi Luqansk vilayətində Ukraynanın mövqelərinə hücum edib. Yaxın məsafədən gedən döyüşlər zamanı işğalçılar darmadağın ediliblər.
Rus qoşunları böyük itki verib, çoxlu sayda ölənlər var, “Bars-7” dəstəsinin 7 muzdlusu isə əsir götürülüb. Muzdlular Rusiyanın hərbi komissarlığı vasitəsilə 205 min rubl maaşla işə götürüldüklərini bildiriblər.
“Çelyabinsk vilayətindən mayor Viktor Korjavin, Krasnodar diyarından Timoşevsk şəhərindən rabitəçi Sergey Boqdanov, Ufadan əsgərlər Vladimir Nasırov, İjevskdən Sudnev Valeri, kiçik serjant Yuşkov Dmitri, Luqansk sakini Kovalenko Dmitri , həmçinin Tomskdan olan daha bir Rusiya vətəndaşı əsir düşüb”, – jurnalist qeyd edib.
“Əllərində silah-sursatla döyüşdə əsir düşənlərin hamısı aprelin 20-də “Bars-7” dəstəsinin cəbhəyə getdiyini dedilər. 10 gün davam edən döyüşlərdə 150-yə yaxın ölü, 400-ə yaxın yaralı olduğunu dedilər”, –  Butusov yazıb.


Tarix: 2-05-2022, 11:09 Oxunub: 373


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930