11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukrayna hərbçiləri rus generallarını necə öldürüb? - Dəhşətli FAKTLAR

“Ukrayna mənbələri məlumat verib ki, müharibə başlanandan indiyədək yeddi rus generalı öldürülüb. Dünya müharibələrinin tarixinə diqqət yetirdikdə görmək olar ki, bu, qısa zaman üçün çox böyük, hədsiz böyük rəqəmdir”  -  bu fikirləri sosial şəbəkə hesabında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz yazıb.
“Məsələn, uzun illər davam edən Vyetnam müharibəsində ABŞ-ın cəmi 12 generalının öldürüldüyü bildirilir.
Bununla bağlı beynəlxalq medianı, ekspert rəylərini nəzərdən keçirəndə görmək olar ki, bu qədər rus  generalın cəmi bir ayda öldürülməsinin ciddi əsasları varmış.
Bununla bağlı irəli sürülən rəyləri təhlil etdikdə belə anlamaq olur ki, Rusiya Ukraynaya hücum edərkən işğalın ildırımsürətli olacağını planlayıbmış”, - o qeyd edib.
Osman Gündüzün spzlərinə görə, rus kəşfiyyatı və əks kəşfiyyat, hərbi kəşfiyyat Rusiya rəhbərliyini bununla bağlı arxayın edib:
“Məhz bu səbəbdən də Rusiya ordusu Ukraynada ciddi müqavimətlə üzləşdikdə kommunikasiyada, komanda məntəqələrinin yaradılması və fəaliyyətinin təşkilində problemlərlə üzləşib.
Rus ordusunda olan rabitə resursları isə özünü doğrultmayıb. Rusların şifrəli hərbi rabitə sistemi normal çalışmayıb.
Ümumiyyətlə, Rusiya ordusunda hərbi radiostansiyaların, xüsusi rabitənin hazırlanmasında on illər öncədən də ciddi problemlərin olması məlum idi. 2008-ci ildə Gürcüstana hücum zamanı da Rusiya ordusunun bu tip problemi olduğu haqda məlumatlar verilib.
Korrupsiya səbəblərindən Rusiya ordusunda bu problemin zamanında həll edilmədiyi bildirilir. Problemin həlli Medvedevə yaxın şirkətə tapşırılıbmış.
Həmçinin, Rusiya ordusu tərkibində vuruşan rusiyalı çağırışçılar, çeçenlər və Luqansk, Donetsk qruplaşmaları arasında, ümumi rəhbərlik sahəsində kommunikasiyada ciddi problemlər üzə çıxıb”.
O xatırladıb ki, Ukrayna hökuməti müharibə başlanandan bir neçə gün sonra mobil operatorlarda Rusiyaya məxsus mobil telefonlardan zənglərin giriş-çıxışına qadağa qoymuşdu:
“Bunun səbəbi o idi ki, rus hərbçilər özlərinin şifrəli hərbi rabitəsindən istifadə edə bilmədikdə adi mobil rabitəyə üstünlük verirdilər. Hətta onların danışıqları sosial mediaya da sızmışdı.
Adıçəkilən qadağadan sonra isə rus hərbçilər yerli mobil nömrələr əldə etməklə, mülki vətəndaşlardan ələ keçirdikləri adi telefonlarla kommunikasiya qurmağa üstünlük verirdilər.
Ukrayna hərbi rəhbərliyi isə müharibə qaydalarına uyğun olaraq ümumi şəbəkədə olan danışıqları izləyirdilər.
Onlar nəinki danışığın mahiyyətini, həmçinin, koordinatları müəyyən edə bilirdilər.
Öldürülən generalların və yüksək rütbəlilərin çox olması ilə bağlı güman etmək olar ki, NATO resurslarından da istifadə edən Ukrayna ordusu Rusiyanın yüksək rütbəli zabitlərinin məhv edilməsi üçün xüsusi plan və xüsusi qrup hazırlayıb.
Bu qrup öncədən texnologiyaların köməyilə generalların koordinatlarını müəyyən edirlər.
Sonra isə bu koordinatlar raket zərbəsi endirəcək qruplara, dronların idarəetmə məntəqəsinə, hətta ola bilsin peşəkar snayperlərə ötürülür.
Bununla da yüksək rütbəli hərbçilərin zərərsizləşdirilməsi təmin edilir.
Xatırladıram ki, əfsanəvi çeçen lideri Cövhər Dudayev və şübhələnmək üçün əsaslar var ki, bizim Milli Qəhrəmanımız, general Polad Həşimov da təxminən bu üsullarla öldürülüb.
Maraqlıdır ki, nə Ukrayna tərəfi, nə də işğalçı tərəf rus  generalların hansı şəraitdə öldürülməsini açıqlamaqda indiyədək maraqlı olmayıblar”.

 


Tarix: 26-03-2022, 23:44 Oxunub: 670


Bölməyə aid digər xəbərlər