Azərbaycan yeni döyüş təyyarələri alır - RƏSMİ




“Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”.

Bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “report”un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir:
“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

KONKRET.az


Tarix: 22-10-2021, 10:13 Oxunub: 336


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031