Xüsusi təyinatlılardan peyvənd və tibbi arayış tələb olunacaq



Göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək.
 
ATİA.AZ  xəbər verir ki, bu  “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur.
Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün GÖ-nün şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunur.


Tarix: 28-03-2022, 16:51 Oxunub: 306


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930