Paytaxtda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil əvvəlcə “Toyota” və “Hyundai” markalı maşınlara çırpılıb.
Daha sonra “Mercedes” markalı avtomobilin sürücüsü yola davam edərək yolayrıcındakı işıq dirəyinə dəyərək onu aşırıb.
Nəticədə yol təsərrüfatına ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qəzanın təfərrüatı araşdırılır.


Tarix: 21-02-2023, 08:45 Oxunub: 392


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31