"Oğlumu oyatmağa gedəndə onun asılmış meyidini gördüm"...

    Abşeron rayonunun Güzdək qəsəbəsində 2000-ci il təvəllüdlü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Muxtar Qayıbov özünü yaşadığı evin həyətində asıb.
   İntihar edən tələbənin atası Həmid Qayıbov  bildirib ki, bu acı xəbəri eşidən andan Muxtarın nişanlısının ayaqları tutulub:
“Səbəb məlum deyil. O, nişanlısı ilə xalası qızının toyuna hazırlaşırdı. Oktyabrın 20-i ad günü olacaqdı. Çox ağıllı uşaq idi. Bəzən bizə də məsləhətlər verirdi. Son vaxtlar heç bir qəribəlik yox idi. Həmin gün gecə anasına deyib ki, “ana, məni sabah 09:00-da oyadarsan”. Oyatmağa gedəndə - saat 08:00-da onu həyətdən asılmış vəziyyətdə gördüm. Nişanlısı ilə münaqişələri olmayıb. Onlar sevib, nişanlanıblar. Üç ay idi nişanlı idilər. Qız o xəbəri eşidən gündən ayaqları tutulub. Məzarına o vəziyyətdə gedib. Onların sevgisi çox böyük idi. Qızın ailəsi də Muxtarı çox sevirdi. Hər kəs onun ağlına valeh olmuşdu”.


Tarix: 19-10-2022, 06:47 Oxunub: 306


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31