Doqquzuncu mərtəbədən yıxılan şəxs Sabunçu Tibb Mərkəzində öldü

   Bakının Nizami rayonu, Babək prospekti 33A ünvanında yerləşən çoxmərtəbəli binanın doqquzuncu mərtəbəsinin eyvanından yıxılaraq ağır xəsarət alan Rauf Rafiq oğlu Aydazadə həyatını itirib. Bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.
   Qeyd olunub ki, martın 24-ü saat 16:35-də 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.


Tarix: 25-03-2024, 11:23 Oxunub: 253


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31