Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalov dəfn edilib.
Mərhumun cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
12:09
Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilir.
Mərasim mərhumun yaşadığı ünvanda - Yasamal rayonu Hüseyn Cavid 46 ünvanında baş tutub.
Mərasimdə media təmsilçiləri, jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Araz Zeynalovun qardaşı Aqşin Zeynalov açıqlamasında bildirib ki, qardaşı ürəktutmadan dünyasını dəyişib.
“İnfarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirdik. Orada məlum oldu ki nə zamansa koronavirusa da yoluxubmuş”, - o söyləyib.
Aqşin Zeynalov bildirib ki, qardaşı ömrünün son günlərinə qədər medianın inkişafı üçün əlindən gələni əsirgəməyib.
Vidadan sonra mərhumun nəşi Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq.
Qeyd edək ki, Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
O, “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında çalışıb.
A.Zeynalov avqustun 3-də uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.
report
Bölməyə aid digər xəbərlər