Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub

     AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi,  filologiya üzrə  fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb. Kitabın nəşriyyat redaktoru “Liz yayınları”nın rəhbəri Ramazan Seydaoğludur (Karataş). “Nar” kitabı da “Liz yayınları” tərəfindən çap olunub. Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi rəssam Nəvai Metindir.

    Elmi və publisistik yaradıcılıqla da məşğul olan Gülnar Səmanın (Qasımlı Gülnar Vaqif qızı) bir neçə dəfə şeir kitabları işıq üzü görüb. Bu sıraya “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları daxildir.

      Müəllifin 40 illik yubileyinə töhfə olaraq nəşr edilən bu kitab əsasən lirik şeirlərdən ibarətdir.


Tarix: 13-04-2026, 13:39 Oxunub: 566


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930