Üzərində 6 avtomobil olan yük maşını Goranboyda qəzaya düşdü - FOTO



Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

ATİA.AZ-ın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.

Üzərində 5 minik, 1 yük maşını (ümumilikdə 6 maşın) olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.

Zərbənin gücündən avtomobillərdən biri yük maşınından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.


Tarix: 27-12-2021, 08:37 Oxunub: 785


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930