Binəqədidə 17 kq narkotik aşkarlanıb - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə mütəmadi olaraq davam etdirilir.

 DİN-ə istinadən xəbər veririk ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.


N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Tarix: 4-07-2025, 11:12 Oxunub: 1 371


Bölməyə aid digər xəbərlər
26-10-2024, 10:25 Yeni HƏBS DALĞASI


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031