Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat verildi - RƏSMİ


Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Bu  barədə  sorğuya  cavab  olaraq,  Dövlət  Sosial  Müdafiə  Fondundan  (DSMF) İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri Rəşad Mehdili bildirib.
R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəçi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:
"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".
Qeyd edək ki, 2 yaşında  valideynlərini  itirən  Səbuhi  Əhmədov  qardaşı  Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.
12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Modern.az


Tarix: 6-10-2022, 12:30 Oxunub: 275


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930