11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bu şəxslərin əlillik təyinatı ilə bağlı MÜHÜM XƏBƏR

Yaralı hərbçilərimizin əlillik təyinatı prosesi asanlaşdırılıb.
Söhbət sentyabr ayının 12-14-də ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimizdən gedir. 
Sözügedən hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Dövlət tibbi ekspertiza və reabilitasiya agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu, müdafiə nazirliyinin baş klinik hospitalında və dövlət sərhəd xidmətinin hərbi hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirilib.
Dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov əlavə edib ki, yaralı hərbçilərimiz onlara verilmiş şəhadətnamə əsasında qeydiyyatda olduqları poliklinikaya müraciət edirlər. Hazırda həyata keçirlən əyani müayinə üsulu isə bütün bu prosesin müddətini azaltmaq üçündür. Yəni təyinat üçün müraciət edən hərbçilərimiz vaxt itirməli olmayacaq.
Qurumun rəsmisi onu da bildirdi ki, ilk növbədə 50-yə yaxın hərbçimizə əlillik təyinatı üzrə baxışlar keçirilib və bu proses mütəmadi olaraq davam etdiriləcək.


Tarix: 23-09-2022, 08:26 Oxunub: 107


Bölməyə aid digər xəbərlər