21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Qazaxda qol güləşi üzrə zona turniri keçirildi

     Qol güləşi üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyevin təşəbbüsü ilə, 19 fevral 2023-cü il tarixdə Qazax Olimpya İdman Kompleksində qol güləşi üzrə zona turniri keçirilmişdir. İkinci Qarabağ döyüşlərində canlarından keçmiş Qazax şəhidləri Kazımov Yunis Qasım oğlu, Məmmədov Azər Mustafa oğlu və Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr edilən turnirdə Qazax, Ağstafa və Tovuzdan gələn çoxsaylı idmançılar, həmin şəhidlərin valideynləri və müxtəlif sahələr üzrə idman mütəxəssiləri iştirak etmişlər. 
    Keçiriləcək yarışı təəbbüskar, Gəncliyin Təşəbbüsü Maarifləndirmə ictimai birliyinin sədri Azər Əliyev giriş sözü ilə açaraq, “Şəhidlər ölməz, Vətən bölünməz” kəlamları ilə yarış iştirakçılarını və tədbirə gələnləri salamladı. İstər birinci, istərsə də İkinci  Qarabağ döyüşlərində canlarından keçən şəhidlərimizin, o cümlədən adlarına turnir keçirilən şəhidlər Yunis Kazımov, Azər Məmmədov və Azad Kərimovun şanlı döyüş yollarından danışdı, onların gənclərə və gəncliyə nümunə olmalarından söz açdı. Daha sonra Prezident İlham Əliyevin şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olanlara göstərdiyi əvəvolunmaz dövlət qayğısını diqqətə çatdırdı. Eyni zamanda, yarışın keçirilməsində dəstək olan Qazax RİH-nin başçısı Rəcəb Babaşova, Qazax Rayon Gənclər və İdman İdarəsinin müavini, sərbəst güləş üzrə əməkdar məşqçi Şahin Namazova, Qarabağ Əlilləri və Şəhid ailələri İctimai Birliyinin sədiri Xasay Balayevə və digərlərinə minnətdarlığını bildirdi.
     Bundan sonra, adlarına turnir keçirilən şəhid ailələrinin valideynləri, əməkdar məşqçi Şahin Namazov, Xasay Balayev və digərləri çıxış edərək Prezident İlham Əliyevin gənclərə və idmana olan qayğısından, şəhidlərimizin şanlı həyat yolundan və Qazaxda gəncliyə verilən dəyərdən söz açdılar.
     Onu da qeyd edək ki, qol güləşi üzrə idman növü Qazaxda xüsusilə geniş inkişaf etmişdir. Bu sahə üzrə Qazax idmançıları, Dünya çempionatında 2 -ci yeri tutmuş Sədi Mustafazadə və Avropa mükafatçısı İsmayıl Mustafayevin adlarını şərəflə çəkmək mümkündür. Təbii ki, idmançıların bu səviyyəyə qalxmasında, gənclər arasında həmin idman növünün sevilməsində əməkdar məşqçi Azər Əliyevin əvəzsiz rolu vardır.
     Bildirdiyimiz kimi, şəhidlərin xatirəsinə həsr edilmiş qol güləşi üzrə zona turnirində müxtəlif çəki dərəcində olan çoxsaylı idmançılar iştirak etmişlər. Yarışda iştirak edən idmançılar öz güclərini sınayaraq müxtəlif pillələrdə qalib olmuşlar.
    Münsiflər heyətinin içtirakı ilə qaliblər müəyyən edilmiş, fəxri fərmanlarla mükafatlandırılmışdır.


  İlham Hacalı, ATİA.AZ


Tarix: 19-02-2023, 21:09 Oxunub: 546


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı