11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ordumuzun 2 zabiti faciəvi şəkildə ÖLDÜ


Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib. 

1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobili aşıb. Nəticədə sürücü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Əldə etdiyimiz məlumata görə, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan ordusunun zabitləridir. A.Nəzərov mayor, İ.İmdatlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.
Qəzada vəfat edən sürücü, Azərbaycan ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.


Tarix: 21-12-2022, 11:38 Oxunub: 278


Bölməyə aid digər xəbərlər