Bakının mərkəzində “yaşıl terror”...

Bakıda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.



ATİA.AZ xəbər verir ki, bu gün Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6. (Madonun arxasi) ünvanında iri gövdəli ağaclar məhv edilib.

Sakinlərin çoxsaylı müraciətlərindən sonra hadisə yerinə aidiyyəti qurumların əməldaşları gəlib.

Amma onlar gələnə kimi ərazidə iki ədəd tut, iki ədəd “Çörək ağacı” kökündən kəsilib. Məlumata görə ağacları kəsməkdə məqsəd həmin yerdə obyekt tikməkdir. Bildirilir ki, ağacları kəsdirən şəxs həmin ünvandakı evin sahibidir. İş günü olmadığından məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb. 

Tarix: 21-03-2022, 05:57 Oxunub: 428


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31