11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakının mərkəzində dönərdən kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. 
DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub:
“Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır”.
10:42
Bakıda dönərxanalardan birində baş vermiş kütləvi zəhərlənmə iddiası ilə bağlı rəsmi qurumlar hərəkətə keçib. 
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
10:26
“Zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”. 
Bu sözləri Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib. 
E.Hidayətoğlu bildirib ki, zəhərlənən şəxslərdən biri evə buraxılıb:
“Səkkiz nəfərdən biri qadın, digərləri kişidir. Zəhərlənənlərin dediyinə görə, dönəri “28 Mall” yaxınlığında yerləşən dönərxanalardan birindən alıblar. Hadisə ötən gün saat 13:00-17:00 aralığında baş verib. Bu adamların xəstəxanaya müraciəti bir neçə saat ərzində artıb. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti orta-ağır, bəzilərinin vəziyyəti isə stabildir”.
10:10
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.  
Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib:
“İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir”.

Oxu.Az


Tarix: 13-12-2021, 09:59 Oxunub: 678


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı