Xırdalan bazarında süni qiymət artımı - VİDEO

Abşeron rayon Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz bazarında süni qiymət artımı müşahidə edilir. 
Baku TV-nin araşdırması zamanı məlum olub ki, satılan məhsulların heç birinin üzərində qiymət yoxdur. Alıcılar qiymət artımına görə evlərinə normal bazarlıq edə bilmədiklərini deyirlər. 
Baku TV-nin müdaxiləsindən sonra bazarda bəzi məhsulların üzərinə yazılaraq qiymət vurulub. Hazırda ən çox bahalaşma sitrus meyvələrində və toyuq ətində müşahidə olunur. Ötən aylarla müqayisədə ən azı 40 faiz artım var. 
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, süni qiymət artımının qarşısını almaq məqsədilə bazar rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib və bu barədə aidiyyəti qurumlara məlumat verilib.
Ətraflı süjeti təqdim edirik:


Tarix: 2-12-2021, 19:54 Oxunub: 362


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930