16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Millət vəkilləri 18 Oktyabrın qeyri-iş günü olmasını TƏKLİF ETDİ



Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılıb.
Atia.az xəbər verir ki, Məcəlləyə dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Məcəllədə də 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilib.
Deputat Fazil Mustafa çıxışında Əmək Məcəlləsinə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü kimi salınmamasına etiraz edib: “Cəmiyyətdə də bu məsələ ilə bağlı gözləntilər var. Əmək Məcəlləsində də bununla bağlı dəyişiklik olunmalı idi”.
Deputat Əli Məsimli də həmkarının fikirlərini dəstəkləyib: “Müstəqillik Günü dəyər olduğu üçün Müstəqilliyin Bərpası da dəyərdir. Birinin dövlət, birinin peşə bayramı səviyyəsində qeyd edilməsi qəbuledilməzdir. Ola bilsin ki, bu gün qəbul edilməz. Qeyri- iş günləri sayının çox olması deyilirsə, Novruz bayramında 5 gün qeyri-iş günü var. Həmin günlər 4 günə salına bilər. Bir gün Müstəqilliyin Bərpası günü qeyri-iş günü kimi təqvimə salınmalıdır”.


Tarix: 29-10-2021, 12:38 Oxunub: 251


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031