İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimlərdir? - FOTO

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Yürüş iştirakçıları əllərində şəhidlərimizin fotosu olan plakatları tutublar. Yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. 

Tədbir zamanı Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur. İbrahimli Adil Asəm oğlu Şuşa fatehlərindəndir. Son mənzilə həyat yoldaşı Nargülün çiyinlərində getmişdi. XTQ baş leytenantı Şuşa zəfərindən bir gün əvvəl şəhid olub.
Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz isə 10 aylıq Narin Teymur qızı Xalıqovadır. Narin Xalıqova ötən il oktyabrın 16-da erməni silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olub. N.Xalıqova ilə yanaşı, anası Sevil Xalıqova da həmin hücumda həyatını itirənlərdəndir. 


Tarix: 27-09-2021, 21:40 Oxunub: 978


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930