21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
QAZAXDA ŞƏHİDİMİZİN ADI ƏBƏDİLƏŞDİRİLİB....

Qazax rayonunda ŞƏHİDİMİZ,  Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyevin adının əbədiləşdirilməsi üçün Qazax RİH-nin  təşəbbüsü ilə  abidə-bulağı  inşa olunmuşdur.
Abidə bulağının açılış mərasimində Şəhid Adil Əfəndiyevin ailəsi başda olmaqla,  Qazax RİH-nin başçısı  Rəcəb Babaşov,
 Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri,  professor İlham Pirməmmədov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin direktoru  Sevda Məmmədova və eləcə də rayonun tanınmış  ziyalıları  iştirak etmişlər.


Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 
2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Əfsuslar olsun ki, bir çox insanı həyata qaytaran Adil Əfəndiyev oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. Şəhidimiz Qazax rayonunda dəfn olunub.




 Şəhidimizin adının əbədiləşdirilməsində əməyi olan hər kəsə  öz dərin  təşəkkürümüzü bildiririk.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 12-08-2021, 12:22 Oxunub: 801


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı