Pensiyası dayandırılan 60 min insanın AQİBƏTİ nə olacaq? – Deputat Nazirliyə ÇAĞIRIŞ etdi

“Ən azı 17 min insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək”. 

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min nəfər deməkdir:

“Saxta yollarla pensiya almaları onların günahı deyil. Tələbi təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? El dilində deyə biılmərik ki “canın çıxardı, gözün də ovcuna düşərdi” rüşvətlə pensiya düzəltməzdin. Adam öldürən cinayətkarı belə çölə atmırıq axı. İsti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlərlə təmin olunur. Yaxşı biz insanların ucdantutma pensiyasını dayandırırıq və əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?” 


Tarix: 12-06-2021, 22:44 Oxunub: 413


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930