ATİA.AZ-ın redaksiyasına Səhiyyə ilə bağlı bir şikayət məktubu daxil olub.
Fərzəliyev Malik tərəfindən daxil olan müraciətdə deyilir:
"Mən, 1965-ci ildə Bakıda anadan olmuşam.
Neçə aydır ki, xəstəxanaya düşə bilmirdim. Nəhayət güclə mart ayında 8 nömrəli poliklinikadan 5 nömrəli xəstəxanaya göndəriş aldım. Mart ayında hər dəfə xəstəxanaya gələndə deyirdilər ki, yerimiz yoxdur, amma aprel ayının birindən tibbi sığorta olacaq, bütün dərmanlar sığorta hesabına veriləcək. Mən də razılaşdım və fikirləşdim ki, şükür Azərbaycan düzəlib. Halbuki Azərbaycan səhiyyəsi düzələn deyil. Aprel ayının biri gəldim 5 nömrəli xəstəxanaya, qəbul elədilər, koronaya qörə test analizi götürdülər və palataya yerləşdirdilər. Burda bütün palatalar bərbad vəziyyətdədir. Avropa standartlarına uyğun deyil. Palatalar çox baximsız haldadır, natəmizlik baş alıb gedir. Çox çirkin bir alver gedir. Hətta Sumalidə belə səviyyəsiz səhiyyə yoxdur. Məni nevroloqiya söbəsinin 412 nömrəli palatasına yerləşdirdilər. Səhəri gün, yəni 2 apreldə qan, sidik analizi verdim. Həkim gəldi yanıma və dedi ki, bizdə dərman, tibbi ləvazimat yoxdur, gedin özünüz öz cibinizdən alın. Pulum olmadı dərman alım.
Artıq 9 gündür buradayam. Həkim gəlir təzyiqi ölçür və qedir.
Həkimlərin dediyinə görə lazım olan tibb ləvazimatlarını özləri alırlar. Azərbaycan səhiyyəsi, TƏBİB ümumiyyətlə bu sığorta sisteminin təşkili və ona nəzarət sistemini həyata keçirə bilmir, yaxud da istəmirlər.
9 gündür 5 nömrəli xəstəxanada heç kəsə dərman vermirlər, deyirlər ki özünüz alın. Bəs harda ölüb Tibbi sığorta, onu təşkil edən TƏBİB?"
Şikayətçi qeyd edir ki, şəhərin mərkəzində yerləşən bu xəstəxanada adicə isti su yoxdur. Hətta buraya gələn Qarabağ qazisi 800-900 manat xərc çəkib. Vətəndaş Fərzəliyev Malik sonda belə qeyd edir:
"Bu gün də bura yeni xəstə gəlib, gələn kimi 200 manatdan çox pul xərcləyib, iynə-dərman alıb. Burada içməli suyu belə cibimizdən alırıq".
Yəqin ki, aidiyyati qurumlar bu məsələyə aydınlıq gətirəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər