Məlum olduğu kimi, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov yanına Muxtar Respublikanın Daimi Nümayəndəsi Bəxtiyar Əsgərovu da alaraq maskasız şəkildə YAP-ın qurultayına getmişdi. Onun bu hərəkəti bəzi media orqanları tərəfindən “Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi aparır” dəyərləndirməsinə yol açmışdı.
YAP-ın qurultayından çəkilən yeni foto Vasif Talıbova hakim partiyanın ən mötəbər toplantısında maska taxdırıldığını göstərir.
Maraqlıdır ki, Vasif Talıbov da yanaşı, karantin qaydalarını pozduğuna görə ciddi tənqidlərə məruz qalan AMEA-nın prezidenti Ramiz Mehdiyev də foto-şəkildə maskalı görünür.
Belə təəssürat yaranır ki, Vasif Talıbovun “Xan hər yerdə xandır” mesajına paytaxtda “Hər yerdə ola bilər, amma Bakıda yox” məntiqilə cavab verilib.
Bəs görəsən, Muxtar Respublikanın Daimi Nümayəndəsi, “ümummilli lider Heydər Əliyevin ən gənc dostu” ünvanı ilə öyünən Bəxtiyar Əsgərova necə, maska taxdırmağa kiminsə qüdrəti çatacaqmı? Sözsüz ki, onun maskalı fotosu ictimailəşdirilməyənədək bu sual açıq qalacaq.
Bölməyə aid digər xəbərlər