11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda “Tövbə” məscidi kimə lazımdı?

 Sosial şəbəkədə yayılan bir videomüraciət az da olsa bizi araşdırma aparmağa məcbur etdi. Qazax şəhəri, Əhməd Seyidov küçəsi 46 saylı evin sakini Xədicəxanım Hüseynzadə adlı qadın məlumat yayaraq bildirmişdi ki, “rayonda bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmanları İdarəsindən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib”. Sonra Xədicəxanım məscidin sənədləşdirilməsi üçün QMİ-dəki bir nəfərin onlardan 2000 manat pul tələb etdiyini söyləyir. Həm də, həyat yoldaşının həmin şəxsə mütəmadi olaraq bu işə görə bal-qaymaq verdiyini dilə gətirir.
 Qəribədir, əvvəla Qazax şəhərinin mərkəzində yerləşən, rayon əhalisinin yaxşı tanıdığı, namaz qıldığı, eyni zamanda müasir satandartlatra cavab verən qədim tarixə malik “Cümə məscidi” olan yerdə kimlərinsə guya öz hesabına tikdirdiyi  “Tövbə” məscidi kimə və nəyə lazımdır?
 Atalar demişkən: “Məscidin içinə məscid sığışmaz”. Yəni, harda görünüb ki, hər kəs öz bildiyini edərək, öz şəxsi ambisiyalarını həyata keçirmək, və ya din altında kimlərəsə qulluq mövqeyini düşünərək məscid yaratsın? Necə deyərlər, məscidlər Allahın evi sayıldığı halda kimlərinsə məscidə oxşar formalrın yaradılmasına Allah necə yol verər?
  Aparılan araşdırmalar onu göstərdi ki, belə qalmaqallı məsələ vaxtı ilə Xədicəxanım Hüseynzadənin həyat yoldaşı Mircəfər Hüseynzadə tərəfindən də gündəmə gəlibmiş. Maraqlıdır ki, Xədicəxanım Hüseynzadənin əvvəlki adı Röyala, həyat yoldaşı Mircəfər Hüseynzadənin adı isə Rəşad Ələkbərov olub. Burada ad və soyadların dəyişdirilməsi istər-istəməz rayon vətəndaşlarında, həm də əsl din adamlarında da şübhə yaratmamış olmur. 
 Videomüraciət yayan xanım tikdirdikləri “Tövbə” məscidinin sənədləşdirilməsinə 2000 manat rüşvətin  istənilməsində də yanlış məlumat verdiyi üzə  çıxır. Videomüraciətdə söylənənlər bir-birini təkzib edir. Xədicəxanım müraciətin sonunda da bildirir ki, 2000 manat pul bizə yaxın olan YAP-ın üzvü Məşədi Nicatdan istənilib.  Bunlar artıq şər-böhtan atmaqla Qafaqz Müsəlmanları İdarəsinə hədə-qorxu gəldiyi başa düşüləndi. Çünki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən sənədləşməsinə haqlı olaraq icazə verilməyən məscidin rəsmilləşdirilməsi üşün şər-böhtan sonuncu düşüncədir. Buradan da aydın olur ki, “Tövbə” məscidinin sənədləşməsinə çalışanların özü şər-böhtanla məşğuldur. Ona görə, söylədikləri necə deyərlər, hər dəfə bir-birinə ziddiyyət təşkil edir. Təbii ki, Xədicəxanımın söylədiklərinin  isbatı üçün əsaslı  dəlil və faktlar lazımdır. Bu isə yoxdur.Ona görə də,  yalan ayaq tutsa da yeriməz. Dinə qulluq edən insanın bu cür iftra və böhtan danışması daldan atılan daşın topuğa dəyməsi kimi bir şeydir.
  Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
                  İlham Hacalı, ATİA.AZ


Tarix: 3-03-2021, 09:16 Oxunub: 738


Bölməyə aid digər xəbərlər