"Dövlətin mətbuata ayırdığı vəsaiti demək olar ki, qanunsuzluqla öz aralarında bölüşdürüblər. Evləri bölüşdürüblər”.
Bu sözləri açıqlamasında KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin həbsindən sonra onunla əlbir olan Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun da istintaqa cəlb ediləcəyi ehtimalına münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:
"O istintaqa açıqlamasında Əli Həsənov əleyhinə müəyyən ifadələr verərsə, onun da cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı əsaslar yaranar. Amma Vüqar Səfərli günahı bütünlüklə öz boynuna alsa, onda Əli Həsənovun məsuliyyətə cəlb edilməsi çətin olacaq. Əslində orada mütəşəkkil cinayətkarlıq baş verib. Söhbət təkcə heç Əli Həsənovla Vüqar Səfərlidən də getmir. Mətbuat Şurasının üzvləri bu cinayətkarlıqda iştirak edib. Hər halda istintaqın gedişində çox məsələ üzə çıxacaq”.
"Müşahidə Şurası, Müşfiq Ələsgərli də məsuliyyətə cəlb edilməlidir”.
Bu açıqlama isə "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə məxsusdur: "Məntiqlə Əli Həsənov da istintaqa cəlb olunmalıdır. Ümumiyyətlə vəsaitlər Əli Həsənov və silahdaşları tərəfindən ayrılır, siyahılar onlar tərəfindən tutulurdu. Nəzarət də onlar tərəfindən həyata keçirilirdi.
İstəsələr də, istəməsələr də vəsaitlərin mədaxil-məxarici, hesabatlılığı, hamısı Əli Həsənov tərəfindən həyata keçirilirdi. Həmçinin, Müşahidə Şurasındakılar, Müşfiq Ələsgərli də mütləq məsuliyyətə cəlb olunmalıdır. Onlar da baş verənlərə göz yumub. Yəni, prosesə nəzarət etməli olan, ancaq bunu etməyənlər də bunlarla əlbir olub. Odur ki, onların hamısı məsuliyyətə cəlb olunmalıdır”.
İctimai xadim Bəxtiyar Hacıyev isə Vüqar Səfərlinin həbsindən sonra bütün diqqətlərin Əli Həsənov üzərində cəmləşməsini qısa olaraq belə ifadə edib: "Vüqar Səfərli həbs edilib. Əli Həsənov haradadır?”
Sfera.az
Bölməyə aid digər xəbərlər