13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Milyarder Fərhad Əhmədov ailəsi ilə yeni ili qeyd etdi

Azərbaycan əsilli rusiyalı milyarder, iş adamı, xeyriyyəçi Fərhad Əhmədov yeni ili ailəsi ilə qeyd edib.

Xeyriyyəçilik fəaliyyəti ilə tez-tez gündəmə gələn iş adamı, bu dəfə isə bütün ailə üzvlərinin qarşıdan gələn yeni illə bağlı xoş arzularını dilə gətirdikləri maraqlı video ilə diqqət çəkib.
 
Hər zaman xalqının yanında olan milyarderin həm də yaxşı ailə başçısı olduğu həmin videodakı səmimi kadrlardan da bəlli olur.
Xatırladaq ki, iş adamı Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda yaradılan Yaralılara və Şahidlərin Ailələrinə Yardım Fonduna bir milyon manat köçürərərək xalqının yanında olduğunu göstərib.
 
 
Milyarder Qarabağda döyüş əməliyyatları başlayan gündən ordumuza və erməni terrorundan zərər çəkən mülki sakinlərə, döyüşlərdə şəhid olanların ailələrinə dəstəyini davam etdirib.

"Grante” ticarət markası və "Aznar” QSC təsisçisi Fərhad Əhmədovun rəhbərliyi ilə ordumuza, şəhid ailələrinə və Qarabağ müharibəsi zamanı yaralanan hərbçilərə yardım göstərilib.

"Grante” Göyçayda yaşayan bütün şəhid ailələrinə maddi və ərzaq köməyi göstərib və bu dəstəyi gələcəkdə də davam etdirəcəklərini bildiriblər. "Aznar” QSC müharibə dövründə ön cəbhəyə ərzaq, xüsusi geyim və avadanlıq göndərməklə, şərəfli qələbə qazanan qəhrəmanlara öz dəstəyini göstərib. 10 nəfər "Aznar” QSC əməkdaşı Qarabağ döyüşlərində iştirak edib. Onlardan 1 nəfəri Vətən uğrunda gedən döyüşlərdə şəhid olub.
 
F.Əhmədov habelə döyüşlərdə yaralanan hərbçilərimizin müalicəsində lazım olan dərman vasitələri və tibbi ləvazimatların da alınmasımasını, xəstəxanalara çatdırılmasını təşkil edib. Bundan əlavə biznesmen Göyçay və İsmayıllı rayonlarında şəhid ailələrinə maddi yardımlar göstərib. Düşmənin Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində həlak olanların ailələrinə, yaralananlara, ev-eşiyini itirənlərə də maddi dəstək verib.

F.Əhmədovun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş komandanın rəhbərliyi altında ordumuzun apardığı bu ədalətli savaşa verdiyi dəstək bunlarla bitmir. O, müharibə dövründə Rusiya mediasında Azərbaycan maraqlarını fəal təbliğ edib. Biznesmen Rusiya KİV-lərində tez-tez Qarabağ müharibəsi, münaqişənin kökləri və Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyinin müdafiəsi mövzusunda müəllif məqalələri ilə çıxış edib.
 
İş adamı işğaldan azad edilən ərazilərimizdə tarix-mədəniyyət abidələrinin bərpasına da dəstək vermək niyyətindədir. Xatırladaq ki, biznesmen İsmayıllı və Göyçay rayonlarında üzümçülük, şərabçılıq və digər kənd təsərrüfatı sahələrinə iri yatırımlar qoyub, minlərlə iş yeri açıb. O cümlədən xeyriyyəçilik fəaliyyətlərinə hər il öz kapitalından milyonlarla dollar sərf edir.


Tarix: 3-01-2021, 19:34 Oxunub: 331


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı