Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi

"NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”-- bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin "Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın "Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub.
"Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik
Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.

Tarix: 27-12-2020, 22:28 Oxunub: 233


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930